26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi daxilolmalarında regionların payı artır Video

Vergi ödəyicilərinin sayı baxımından regionlarla Bakı şəhəri arasında ciddi fərqlər mövcud deyil. Bəs vergi daxilolmalarında fərqin böyük olmasının səbəbi nədir? Regionların potensialı vergi daxilolmalarında necə dəyişir?

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov "vergiler.az" saytının "Rəsmi cavab" rubrikasında bu suala aydınlıq gətirərək bildirib ki, qeyd olunan məsələdə vergi ödəyicilərinin sayının müqayisəsindən daha çox Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin strukturuna nəzər yetirilməlidir. Vergi qanunvericiliyinin tələbləri baxımından iri vergi ödəyiciləri, xüsusi vergi rejimində fəaliyyət göstərən vergi ödəyiciləri, təbii inhisar subyektləri Bakı şəhəri Milli Gəlirlər Departamentində cəmlənib: "Ona görə də bu sektor üzrə regionlarla müqayisədə paytaxtda vergi daxilolmaları daha çox olur. Lakin regionlara ayrılan investisiyaların özü də ərazi vergi orqanları üzrə daxilolmalarda ciddi artımlarla müşahidə olunur. Məsələn, 2018-ci ilin daxilolmalarla bağlı göstəricilərini 2017-ci illə müqayisə etsək, görərik ki, ötən il regionlardan vergi daxilolmalarında 14 faiz artım qeydə alınıb. Bu ilin ilk 4 ayının göstəricilərini ötən ilin 4 ayının müqayisə etdikdə isə artım 24 faiz təşkil edir. Yəni bölgələrdə daha çox mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərsə də, regionların vergi daxilolmalarındakı payında artım müşahidə olunur".

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?