26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ölkənin aparıcı konsaltinq şirkətləri ilə görüş keçirilib. Görüş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergitutma sahəsində yaranan məsələlərin müzakirəsi məqsədi daşıyıb.

Tədbirdə DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşmələrin həyata keçirilməsinə dair reallaşdırılan Yol Xəritəsi barədə məlumat verib. Konsaltinq şirkətləri üçün biznesə başlama sahəsində icrası nəzərdə tutulan tədbirlərlə bağlı təqdimat edilib.

Tədbirdə həmçinin vergitutma sahəsində mövcud prosedurların daha asan, şəffaf və əlçatan olması istiqamətində aparılacaq islahatlar barədə danışılıb. DVX-nin rəis müavini İlkin Vəliyev bu sahədə həyata keçirilmiş işlər barədə məlumat verib.

Görüşdə konsaltinq şirkətləri tərəfindən qaldırılan bir sıra məqamlar müzakirə edilib, biznes mühiti üçün əhəmiyyət kəsb edən bəzi məsələlərin görüləcək tədbirlər çərçivəsində həllini tapacağı bildirilib.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam edib, görüş iştirakçılarının sualları ətraflı cavablandırılıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?