11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquq ixtisas sahəsi və VCİABİ-də bir sıra sahələr üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində bir sıra sahələr üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Artıq DVX-də hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test və müsahibə qaydasında keçirilmiş müsabiqənin nəticələri elan edilib. İkinci mərhələdə iştirak etmiş 33 namizəddən 23-ü müsabiqəni müvəffəqiyyətlə başa vurub.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilir və mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.

Qeyd edək ki, DVX-də digər ixtisas sahələri üzrə müsahibələr mərhələli şəkildə davam edir və başa çatdıqdan sonra nəticələri açıqlanacaq.

DVX-də hüquq ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı test və müsahibə qaydasında keçirilmiş müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/3080

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?