13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb.

Görüşdə İƏİT ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək qiymətləndirildiyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi faydalar və perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının vergi qanunvericiliyinin və inzibatçılığının BEPS-in 15 fəaliyyətlərdən və həmçinin Pillar 1 və Pillar 2 (GloBE rules) layihələrdən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr aparılıb.

Görüşün nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb. Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə töhfə vermək niyyətini nümayiş etdirib.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?