25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabit verginin ödənilməsi haqqında qəbzin əldə olunması ilə bağlı müraciətlər artıb

Son zamanlar “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bunu nəzərə alaraq, iş vaxtının artırılması zərurəti yaranan xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-dək artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.

Bildiririk ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün:

- Vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər;

- Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür.

Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmaq, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadığı halda müraciət etmək tövsiyə olunur.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?