5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsi işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynayır

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin idarə rəisi Zaur Quliyev media üçün keçirdiyi brifinqdə bildirib ki, 2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi prosesini sürətləndirib. Mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi gedir. 2019-cu ilin 5 ayı üzrə bağlanmış əmək müqavilələrinin sayı 96 mini ötüb. Bu artımın 66 mini qeyri-dövlət sektorunun payına düşür: "Əmək münasibətlərinin "kölgədən" çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər olsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə edilir. Bu baxımdan, Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib".

İdarə rəisi qeyd edib ki, paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarəti tədbirləri keçirilib. May ayında 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu aşkar edilib. Bu faktlar üzrə ilk dəfə pozuntu halına yol verildiyi üçün vergi ödəyicilərinə xəbərdarlıq edilib. Bundan başqa, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcək.

Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib

Z.Quliyev vurğulayıb ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evlərində könüllü şəkildə 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib: "Əmək müqavilələrinin bağlanması məsələsində vətəndaşlar da öz hüquqlarını tələb etməli, bu məsələyə biganə qalmamalıdırlar. Unutmamalıdırlar ki, əmək müqaviləsi həm də onların əmək və sosial hüquqlarının təminatı rolunu oynayır. Buna görə də vətəndaşlar pozuntu halı aşkar etdikdə dərhal Vergilər Nazirliyinə və digər əlaqədar qurumlara müraciət etməlidirlər".
Qeyd olunub ki, digər sahələrdə, xüsusilə tikinti, mövsümi işləyən ticarət və iaşə obyeklərində də belə nəzarət tədbirləri davam etdiriləcək. Diqqətə çatdırılıb ki, qanunvercilikdə ikinci dəfə eyni nöqsana yol verən işəgötürənlərə aşkar olunmuş hər bir müqaviləsiz işçi üzrə 2.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?