26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qonaqlama və ictimai iaşə xidmətləri üçün çəkilən xərclər gəlirdən çıxılırmı?

Yerli AA şirkəti xaric ölkədə fəaliyyət göstərən BB şirkətinə mal təqdim etmək istəyir və həmin şirkətin nümayəndələri istehsal prosesi ilə tanış olmaq ücün ölkəyə səfər edirlər. Qonaqların aviabilet xərcləri, otel xidmətləri və ictimai iaşə ödəmələri şirkət tərəfindən qarşılanır. Çəkilən xərclər gəlirdən çıxılırmı? Eyni zamanda ictimai iaşə obyekti elektron-qaimə göndərib və 500 manat əsas məbləğ, 90 manat ƏDV məbləği göstərilib. Biz bu zaman ƏDV-ni əvəzləşdirə bilərikmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Göründüyü kimi vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan çəkilmiş xərclər (qonaqlama xərcləri) onun gəlirdən çıxılan xərclərinə aid edilmir və cəmiyyətin sərbəst mənfəəti hesabına maliyyələşir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?