24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?

Kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?

Kuryer fəaliyyəti ilə məşğul olmaq və yalnız hüquqi şəxslərə xidmət göstərmək istəyirəm. Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan 75 faizlik vergi güzəştindən yararlanmağım üçün doğru fəaliyyət kodunu necə seçə bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, bildiririk ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, 1 yanvar 2025-ci il tarixindən həmin maddədə nəzərdə tutulan fəaliyyət növləri, o cümlədən 5320002 – sifarişlərin çatdırılması (kuryer fəaliyyəti) üzrə təqvim ili ərzində əldə olunan gəliri 45.000 manatadək olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır. Sorğuda qeyd olunan fəaliyyət həmin güzəştdən istifadə hüququna malikdir.

İqtisadi fəaliyyət növlərinin 7 rəqəmli kodları üçün bura daxil ola bilərsiniz: https://xidmet.info/vahid-standartlar/ifnvs/

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?