24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?

İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?

MMC 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisidir. Dövlət Vergi Xidmətinin saytında 2026-cı il yanvarın 1-dən ƏDV-nin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə nağdsız dövriyyə üzrə güzəştin tətbiq edildiyi barədə məlumat paylaşılıb. MMC-yə məxsus restoranda da nağdsız ödənişlərə üstünlük verilir. Bəs 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərən MMC üçün 2026-cı ildən güzəşt varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Buna əsasən, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti göstərən müəssisə tərəfindən yalnız əhaliyə göstərilən xidmətlər üzrə nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirilən ödənişlər əsasında formalaşan dövriyyəsi sadələşdirilmiş vergiyə 6 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 220.1-1-ci maddəsi

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?