İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?

2026.07.21 10:37 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Buna əsasən, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti göstərən müəssisə tərəfindən yalnız əhaliyə göstərilən xidmətlər üzrə nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada həyata keçirilən ödənişlər əsasında formalaşan dövriyyəsi sadələşdirilmiş vergiyə 6 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 220.1-1-ci maddəsi