24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?

Hansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?

Vergi Məcəlləsinin 144.1.3-cü maddəsini (aktiv sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə, daxil olan vəsaitin növbəti ilin sonunadək analoji aktivə təkrar investisiya edilməsi bəndi) izah etməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 144.1.3-cü maddəsinə əsasən, aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə vergi tutulan gəlir müəyyən edilərkən gəlir və ya zərər nəzərə alınmır.

Göründüyü kimi, Vergi Məcəlləsinin 144.1.3-cü maddəsində göstərilən hallarda gəlir və ya zərərin qəbul edilməməsi onunla şərtləndirilib ki, aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin sonunadək daxilolmalar analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya edilsin. Həmin daxilolmalar təkrar investisiya edilmədikdə, onlar gəlir (mənfəət) vergisinin məqsədləri üçün vergitutma obyekti hesab olunmaqla vergiyə cəlb edilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?