Hansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?

2026.07.17 09:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 144.1.3-cü maddəsinə əsasən, aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə vergi tutulan gəlir müəyyən edilərkən gəlir və ya zərər nəzərə alınmır.

Göründüyü kimi, Vergi Məcəlləsinin 144.1.3-cü maddəsində göstərilən hallarda gəlir və ya zərərin qəbul edilməməsi onunla şərtləndirilib ki, aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin sonunadək daxilolmalar analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya edilsin. Həmin daxilolmalar təkrar investisiya edilmədikdə, onlar gəlir (mənfəət) vergisinin məqsədləri üçün vergitutma obyekti hesab olunmaqla vergiyə cəlb edilir.