24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Foreksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?

Foreksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?

Mən hazırda əmək müqaviləsi əsasında istehsalat müəssisəsində işləyirəm və əməkhaqqımdan məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur. Əsas iş yerimi saxlayaraq forekslə məşğul olmaq üçün fiziki şəxs kimi uçota alınaraq VÖEN alsam həmin əməliyyatlardan əldə etdiyim gəlirlərdən gəlir vergisindən əlavə, sosial ödənişləri (MDSS, İTS) yenidən ödəməli olacağam, yoxsa bu ödənişlərdən azad edilirəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN almalı və əldə edilən gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur.

Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 12-ci bəndinə əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına uyğun olaraq, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Göründüyü kimi, foreks əməliyyatlarından gəlir əldə edən şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü maddəsi, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?