11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?

Şüşə qabların istehsalı ilə məşğul olan müəssisə istehsal etdiyi şüşə qabları fəaliyyət göstərdiyi Naxçıvan Muxtar Respublikası ilə yanaşı, həm ölkənin digər regionlarında satır, həm də ölkə xaricinə ixrac edir. Naxçıvan Muxtar Respublikasının rezidenti olan müəssisəyə Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri tətbiq olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi üzrə güzəştlər (idxalda ƏDV-dən azadolma fərqli şərtlərlə) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Vergi Məcəlləsinin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.

Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 227.4.1-ci maddəsinin müddəalarına əsasən, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması Naxçıvan Muxtar Respublikasının ərazisində vergi uçotuna alınan və həmin ərazidə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək Naxçıvan Muxtar Respublikasının ərazisi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.
Qeyd olunanlara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən istehsal etdiyi malların özünə məxsus təsərrüfat subyektindən, o cümlədən ərazidən kənar digər şəhər və regionlarda satışının həyata keçirilməsi, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilməsi zamanı Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulan güzəştlər tətbiq edilir. İstehsal fəaliyyəti Naxçıvan Muxtar Respublikası ilə yanaşı, digər region və şəhərlərdə həyata keçirildiyi halda isə müvafiq vergi güzəştləri həmin şəxsə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq bildirilib ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-1-ci maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən həmin Qanunun 14.3-cü və 14.4-cü maddələrinə əsasən, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Əsas: Vergi Məcəlləsinin 226.4-cü, 227.1-ci və 227.4.1-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-1.1-1-ci maddəsi.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?