27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Nəzərli: "Məqsədimiz Azərbaycanı beynəlxalq vergitutma sahəsində təcrübə mübadiləsi mərkəzlərindən birinə çevirməkdir"

Azərbaycanın Dövlət Vergi Xidməti milli vergi sistemində mütərəqqi təcrübələrin tətbiqi, eyni zamanda, Vergi Xidmətinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ən müxtəlif beynəlxalq platformalardan istifadə edir. Dünyada vergi inzibatçılığında baş verən yenilikləri izləmək və tətbiq etmək, beynəlxalq vergitutma sahəsində son proseslər və tendensiyaları öyrənmək, qarşılıqlı məlumat mübadiləsini təmin etmək istiqamətində çoxtərəfli əməkdaşlıq, xüsusilə də Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) və bu kimi digər təşkilatlarla əlaqələr müstəsna rol oynayır. Azərbaycan IOTA-ya üzv olduqdan sonra bizim əsas məqsədlərimizdən biri təkcə bu strukturda təmsil olunmaq deyil, həm də Azərbaycanı beynəlxalq vergitutma sahəsində təcrübə mübadiləsi mərkəzlərindən birinə çevirməkdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli söyləyib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidməti 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvüdür. IOTA ilə əməkdaşlığımızın başlandığı andan Azərbaycanın vergi xidməti bu strukturun fəaliyyətində aktiv iştirak edib. Həmçinin, ötən dövrlərdə IOTA-nın müxtəlif səviyyəli tədbirlərinin ölkəmizdə keçirilməsi üçün iş aparılıb. İndiyədək Bakıda kifayət qədər yüksək səviyyəli beynəlxalq tədbirlər, IOTA-nın İşçi Qrupunun iclasları, müxtəlif forumları, İcraiyyə Şurasının iclasları və OECD ilə birgə tədbirləri keçirilib. Biz bu tendensiyanın saxlanması və gələcəkdə də bu kimi tədbirlərin Bakıda təşkil olunması imkanlarını nəzərdən keçiririk.

O.Nəzərli qeyd edib ki, Azərbaycan tərəfi bu platformanı beynəlxalq təcrübənin öyrənilməsi və milli vergi sistemində tətbiqi baxımından olduqca faydalı hesab edir. Buna görə də, IOTA tərəfindən təşkil edilən bir çox tədbirlərdə DVX əməkdaşlarının iştirakı davamlı olaraq təmin olunur.

“Bunu bizim IOTA ilə əməkdaşlığa olan marağımızın göstəricisi hesab etmək olar”, – deyə O.Nəzərli vurğulayıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?