27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində tətbiq edilən yeni vergi inzibatçılığı çərçivəsində sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesinə başlanılıb. Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, uçot məlumatlarının dürüstləşdirilməsi vergi orqanlarının nəzarət dairəsinə daxil olan ərazilərdə sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün müvafiq ərizə və ya vergiyə cəlb edilən əməliyyatların olmaması barədə arayış və ya bəyannamə təqdim edən vergi ödəyicilərində və bütün təsərrüfat subyektlərində (obyektlərində) həyata keçiriləcək: “Proses vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında reallaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün fəaliyyət göstərən və uçotda olan vergi ödəyicilərinin elektron poçt qutularına bildirişlər göndərilib, həmin bildirişlərdə qeyd edilən məqamlar öz əksini tapıb”.

Məlumata görə, dürüstləşdirilmə uçot məlumatlarında olan uyğunsuzluqların və müşahidə zamanı aşkar edilmiş kənarlaşmaların vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla könüllü olaraq aradan qaldırılmasına yardım məqsədi daşıyır. Vergi əməkdaşlarına vergi ödəyicilərinə qarşı xüsusi bir tədbir həyata keçirmək, yəni maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri görmək səlahiyyətləri verilməyib.

Vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dürüstləşdirilməsi işlərinin 2023-cü il avqustun 1-dək başa çatdırılması nəzərdə tutulur.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?