26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təqdim edilən “Startap” şəhadətnaməsi ilə fəaliyyət göstərən, eləcə də digər mikro və kiçik sahibkarlıq subyektlərinin təmsilşiləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülmüş işlər, yeniliklər mövzusunda onlayn formatda görüş keçirilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, görüşdə təqdimatla çıxış edən DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə ölkədə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunan nəticələr və gələcək planlar barədə ətraflı məlumat verib. Şöbə rəisi “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb.

Görüşdə DVX ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, respublikanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvandan 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin nümayəndələri də iştirak ediblər. Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?