23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İsa Əlili: “Karyera yolunu açan iki mühüm amildən biri də təcrübədir”

İsa Əlili: “Karyera yolunu açan iki mühüm amildən biri də təcrübədir” YAY TƏCRÜBƏ PROQRAMI

“Hazırda gənclərin karyerada yolunu açan iki mühüm amildən biri könüllülük, ikincisi isə təcrübədir. Təcrübə proqramları imkan verir ki, gənclər universitetdə qazandıqları nəzəri biliklərini təcrübədə sınasınlar”.

Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi Yay Təcrübə Proqramının məzunu olan İsa Əlili deyib.

Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alan İ.Əlilinin sözlərinə görə, universitetdə qazandığı nəzəri bilik və bacarıqlarını Yay Təcrübə Proqramı vasitəsilə artıra biləcəyini düşündüyü üçün ötən il sənəd qəbulu elan edilən zaman bu proqrama qoşulmağa qərar verib və bir neçə mərhələdən uğurla keçərək proqramda iştirak hüququ əldə edib.

Karyeranın inkişafı üçün universitetdə öyrənilən biliklər
kifayət etmir. Bu bilikləri praktikada da tətbiq etmək lazımdır

İ.Əlilinin fikrincə, karyeranın inkişafı üçün universitetdə öyrənilən biliklər kifayət etmir. Bu bilikləri praktikada da tətbiq etmək lazımdır: “Mən bunu Yay Təcrübə Proqramında iştirak edən zaman gördüm. Bizə universitetdə vergi ödəyiciləri ilə işləyən zaman ortaya çıxan problemlər barədə praktiki məlumat verilmirdi, ancaq DVX-nin Yay Təcrübə Proqramında iştirak etdikdə vergi ödəyiciləri ilə qarşı-qarşıya oturaraq problemlərdən çıxış yollarını araşdırdıq, prosesin necə getdiyini praktikada müşahidə etdik”.

İ.Əlili vergi orqanlarında işləməyi özləri üçün hədəf seçənlərə Yay Təcrübə Proqramında iştirak etməyi tövsiyə edir: “2019-cu ildən vergi orqanlarında işləməyi özüm üçün hədəf qoydum və ona doğru irəlilədim. 2021-ci ildə magistraturaya qəbul oldum, magistraturada oxuya-oxuya vergi orqanlarında işə qəbula hazırlaşdım. İşə qəbul imtahanlarında uğurlu nəticə əldə etdiyim üçün tezliklə vergi orqanları sıralarına qoşulacağam”.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?