6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aysun Bədəlova: “Yay Təcrübə Proqramını stimul olaraq dəyərləndirirəm” YAY TƏCRÜBƏ PROQRAMI

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi Yay Təcrübə Proqramını karyeramda irəliləmək üçün bir stimul olaraq dəyərləndirirəm”.

Bunu “vergiler.az”a həmin proqramın məzunu Aysun Bədəlova deyib.

Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsili alan, hazırda özəl şirkətlərdən birində hüquqşünas vəzifəsində çalışan A.Bədəlovanın sözlərinə görə, vergi orqanlarında işləməyə həmişə marağı olub. Yay Təcrübə Proqramında iştirak isə onun bu marağını daha da artırıb. “Yay Təcrübə Proqramında yeni təcrübə əldə etdiyimdən, bu, mənim vergi orqanlarında işləməyə olan həvəsimi daha da gücləndirdi”,- deyən A.Bədəlova bildirib ki, proqrama 2022-ci ilin iyul ayında qoşulub.

“Yay Təcrübə Proqramında yeni təcrübə əldə etdiyimdən, bu, mənim
vergi orqanlarında işləməyə olan həvəsimi daha da gücləndirdi”,-
deyən A.Bədəlova bildirib ki, proqrama 2022-ci ilin iyul ayında qoşulub

Sentyabradək davam edən proqrama qoşulmaqda əsas məqsədi vergi hüququnu öyrənmək, vergi sahəsində praktiki biliklərini inkişaf etdirmək, maliyyə hüququ sahəsində ilkin biliklər əldə etmək olub: “Mənim vergi sahəsinə marağım böyükdür. Bu proqrama qoşulmağı da özüm üçün bir şans saydım. İlkin biliklərimi formalaşdırdıqdan sonra vergi orqanlarına işə qəbul üçün imtahan vermək istəyirdim. Bu baxımdan Yay Təcrübə Proqramı mənim üçün bir üstünlük oldu. Proqram müddətində Şamaxıda bir həftəlik təlimdə iştirak etdim, daha sonra DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif şöbələrində 6 həftə ərzində təcrübə keçdim. Bu təcrübə müddətində mən bir çox sahələr üzrə yeni biliklərə yiyələndim”.

Artıq müvafiq qaydada imtahan verdiyini deyən A.Bədəlova tezliklə vergi orqanlarında işə başlayacağını söyləyib.

İlhamə İSABALAYEVA

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?