23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərid Səfərli: “Yay Təcrübə Proqramı karyeramda mühüm rol oynadı”

Fərid Səfərli: “Yay Təcrübə Proqramı karyeramda mühüm rol oynadı” YAY TƏCRÜBƏ PROQRAMI

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi Yay Təcrübə Proqramı karyeramın inkişafında mühüm rol oynadı”.

Bunu “vergiler.az”a Yay Təcrübə Proqramının məzunu Fərid Səfərli deyib.

DVX-nin işi ilə hələ bakalavriat səviyyəsi üzrə təhsil aldığı zamandan maraqlandığını deyən F.Səfərli bildirib ki, Yay Təcrübə Proqramına qəbulla bağlı elanı görən kimi proqramda iştirak etməyi qarşısına məqsəd qoyub: “Bu proqramda iştirak üçün müsabiqə mərhələlərindən uğurla keçdim və ərazi vergi orqanlarında təcrübə keçməyə başladım. Proqramda iştirak edərkən vergi orqanlarının real iş rejimi ilə tanış oldum və bizi maraqlandıran bütün suallara cavab ala bildim”.

“Bu proqramda iştirak üçün müsabiqə mərhələlərindən uğurla
keçdim və ərazi vergi orqanlarında təcrübə keçməyə başladım.
Proqramda iştirak edərkən vergi orqanlarının real iş rejimi ilə
tanış oldum və bizi maraqlandıran bütün suallara cavab ala bildim”.

F.Səfərli əlavə edib ki, aktiv göstəricilərin qiymətləndirilməsi və digər amillərin nəzərə alınması, sonda iş təklifinin olması proqrama qatılan gənclərin diqqətini daha çox cəlb edib: “Bu proqramda iştirak vergi orqanlarında işləməyə olan marağımı daha da artırıb. Proqramda iştirak etdikdən sonra vergi orqanlarında işə qəbulla bağlı elan edilən müsabiqədə iştirak etdim. Müsabiqənin test və müsahibə mərhələsini uğurla keçdikdən sonra DVX-nin ehtiyat kadr bazasına daxil edildim. Daha sonra mənə vergi orqanlarında işləmək üçün real iş təklifi gəldi və 6 saylı Ərazi Baş Vergilər İdarəsində dövlət vergi müfəttişi kimi fəaliyyətə başladım”.

F.Səfərli qeyd edib ki, Yay Təcrübə Proqramında vergi siyasəti, vergi inzibatçılığı və vergi sahəsi üzrə digər istiqamətlərlə bağlı təlimlər keçirilib. Bütün bunlar onun inkişafında və karyerasında olduqca mühüm rol oynayıb: “Eyni zamanda, gənclər üçün müvafiq əyləncə proqramlarının təşkili bizim sosial aktivliyimizi daha da artırdı, yeni tanışlıqlar əldə etdik”.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?