25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarına şikayətlərin faktiki sayı 17,8 faiz azalıb

2023-cü ilin I rübü ərzində ümumilikdə vergi orqanlarına 78 398 müraciət daxil olub, bunların 93 faizini ərizələr, 6,9 faizini şikayətlər, 0,1 faizini müxtəlif təkliflər təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, müraciətlərin 88,3 faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 11,7 faizi hazırda icradadır. Baxılmış müraciətlərin 66,6 faizi həll olunub, 30,5 faizi barədə izahat verilib, qalanları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz azalıb. Həll edilmiş faktiki şikayətin böyük əksəriyyəti kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, qalanları vergi mükəlləfiyyətləri, vergi ödəyicisinin qeydiyyatı, vergi borcları və digər məsələlərlə bağlı olub.

Yanvar – mart ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 96 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?