13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara 5 milyon manatdan çox vəsait qaytarılıb VİDEO

Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına daxil olan 2001 müraciət üzrə vətəndaşlara 5 milyon manatdan çox vəsait qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ümumilikdə bu günədək vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub.

Müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olur. Bu səbəbdən, müraciət etməzdən əvvəl vətəndaşlara onlara xidmət göstərən banklarla məlumatların dəqiqləşdirilməsi, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən alınan yaşayış və qeyri-yaşayış sahələri üzrə nağdsız qaydada ödənişlər edilərkən Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsindən edilməsi tövsiyə olunur. Çünki bu yolla edilən müraciətlərin yoxlanılması və vəsaitlərin qaytarılmasına daha az vaxt sərf edilir.

Qeyd edək ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə təsdiq edilib.

Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (new.e-taxes.gov.az/eportal/az/login/) və 2022-ci ilin noyabr ayından istifadəyə verilib.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?