17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirdən çıxıla bilərmi?

Müəssisə tərəfindən nəqliyyat vasitəsinin sənədləşdirilməsinə çəkilən xərclər (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı (nömrəsi) və s.) əsas vəsaitin dəyərinin üzərinə əlavə olunmaqla gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Vergi Məcəlləsinin 108.1-ci maddəsində isə göstərilir ki, bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, həmin əsas vəsaitin dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 143-cü maddələri,

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri