Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Vergi Məcəlləsinin 108.1-ci maddəsində isə göstərilir ki, bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Qeyd olunanlara əsasən, nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, həmin əsas vəsaitin dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 143-cü maddələri,