25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir

“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir.

Sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər. Belə ki, “Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, “ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.

Qeyd edək ki, “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?