15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Turagentlər üçün ƏDV qeydiyyatına düşmək öhdəliyi hansı halda yaranır?

Aviabiletlərin satışı ilə məşğuluq. Subagent kimi biletləri agentdən alıb, üzərinə 10 manat xidmət haqqı əlavə edərək satırıq və agentdən heç bir komissiya almırıq. Bu il ərzində 950.000 manatlıq bilet satıb agentin hesabına 910.000 manat köçürmüşük. İllik gəlirimiz 40.000 manat olub. Bu halda biz ƏDV ödəyicisi kimi qeydiyyata düşməliyikmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən bağlanmış müqavilələr əsasında aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə edilən komisyon haqlarından gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait vergi tutulan gəlirlərə aid edilir.

Eyni zamanda, aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Sorğunuzda qeyd olunan halda, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 155-ci maddələr

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?