11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Turizm şirkətlərinin təsnifatı aparılacaq və reyestri yaradılacaq

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Azərbaycanda turizm şirkətlərinin təsnifatının aparılması və reyestrinin yaradılması üçün hazırda dünya təcrübəsi öyrənilir: "2015-ci ildən turizm sektorunda lisenziyaların aradan qaldırılması olduqca böyük irəliləyiş idi. Bundan sonra ölkədə xeyli sayda turizm şirkətləri fəaliyyətə başladı. Bu, müəyyən qədər problemlər də yaradır. Bizim üçün vacib olan məsələ turizm xidməti alan müştərilərin məmnunluğudur. Bunu isə ancaq onlara yüksək səviyyədə xidmət göstərməklə əldə etmək olar. Təəssüf ki, bəzi hallarda narazılıqlarla bağlı mesajlar alırıq. Turizm şirkətləri və turistlərə xidmət göstərən digər obyektlər bu istiqamətdə işlərini düzgün qurmurlar".

Bu problemləri inzibati qaydada tənzimləməyin çıxış yolu olmadığını vurğulayan K.Qasımov turizm xidmətlərinin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı tədbirlərə üstünlük verdiklərini, reyestrin təşviqedici formada tətbiq ediləcəyini bildirib: "Bu istiqamətdə ilk addım turizm şirkətlərinin kateqoriyalara görə təsnifatlandırılmasıdır. Hər bir şirkət reyestrdə öz kateqoriyasına görə yerləşdiriləcək. Turistlər, səyahətçilər həmin reyestrə daxil olaraq istədikləri şirkət haqqında ətraflı məlumat əldə edə biləcəklər. Kateqoriyanı almaq üçün turizm şirkətləri müəyyən qaydalara, şərtlərə riayət etməli olacaqlar. Həmin şərtləri yerinə yetirmək səviyyəsinə uyğun təsnif ediləcək. Daha yüksək kateqoriyada yer alan şirkətlər daha çox müştəri cəlb edə biləcəklər ki, bu da bazarda rəqabət yaradacaq".

K.Qasımov qeyd edib ki, yaxın gələcəkdə layihə ilə bağlı işlər sürətləndiriləcək. Reyestrdə kənd evləri də yer alacaq və onların qeydiyyatı, həmçinin vergiyə cəlb edilməsi məsələlərinə aydınlıq gətiriləcək.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?