11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi qrupunun növbəti onlayn iclası keçirilib. İclasda İşçi qrupun 2021-ci il üçün fəaliyyət planının icra vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiya katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas iştirakçılarını gündəliklə tanış edib, fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlər və onların əhəmiyyəti barədə danışıb.

İşçi qrupunun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev fəaliyyət planının “Biznesə başlama” və “Vergilərin ödənilməsi” sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edildiyini diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəisi Ələkbər Məmmədov biznesə başlama üzrə fəaliyyət planında nəzərdə tutulmuş bəndlərlə bağlı məlumat təqdim edib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyada ən yaxşı təcrübələrdən birinə malikdir. Buna baxmayaraq, sistemin aktivliyi daim nəzarətdə saxlanır, yeni mütərəqqi təcrübələrin tətbiq imkanları araşdırılır. Ötən dövrdə kommersiya hüquqi şəxslərin elektron qeydiyyat sisteminin funksional diaqnostikası aparılıb, aşkar edilən xətalar aradan qaldırılıb, müvafiq proqram təminatında dəyişikliklər edilib.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin əməkdaşı Telman Məmmədov vergilərin ödənilməsi üzrə fəaliyyət planının müvafiq bəndləri üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verib, ötən dövr ərzində bu sahədə bir sıra yeniliklərin tətbiq olunduğunu, ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan “Vahid elektron lövhə”nin tətbiqinə başlandığını bildirib.

İşçi Qrupun iclasına dəvət edilmiş özəl sektor və konsaltinq şirkətlərinin nümayəndələri göstərilən məsələlərə dair öz fikirlərini bölüşüblər. İclasda hüquqi şəxslərin ləğvi prosesinin sadələşdirilməsi, elektrik avtomobillərin satışında ƏDV problemləri, iri transmilli təşkilatların Azərbaycanda daimi nümayəndəliyin təşkili haqqında məsələlər də müzakirə olunub.

Ekspertlər “Daimi nümanyəndəlik” ilə bağlı anlayışın dəqiqləşdirilməsi məsələsini qaldırıblar. Ədliyyə Nazirliyinin nümayəndəsi Leyla Bərxudarzadə Azərbaycan qanunvericiliyində distribyuter və diler fəaliyyətlərinin kəskin fərqləndirilməsinə dair müddəaların olmadığını, uğurlu beynəlxalq təcrübə əsasında qeyd olunan iki anlayışı ayırd edən dəyişikliyin təqdim olunmasını təklif edib. Iclas zamanı qərara alındı ki, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndəlikləri üzrə təhlillər aparılsın və nəticələrdən asılı olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq təkliflər hazırlansın..

Tədbirdə biznesə başlama, vergi və hesabatlılıq sahələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən kommunikasiya strategiyasının hazırlanması məsələsi də müzakirə edilib. Vüsal Şıxəliyev “azranking.az” portalı haqqında məlumat verib, işçi qrupunun üzvlərini və özəl sektor nümayəndələrini bu portalın yaratdığı imkanlardan fəal istifadəyə çağırıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?