25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Yaponiya əlaqələri genişlənir

Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb. T.Kono 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb.

Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarətin həcminin artırılması istiqamətində perspektivlər barədə müzakirələr aparılıb. Görüşlər zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssisələrin təşkili üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə komitə üzvləri ilə Yaponiya biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının artırılması imkanları, ölkəmizin sənaye, kənd təsərrüfatı, səhiyyə sahələrinə yeni texnologiyaların idxalı, sərmayə qoyuluşu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da iştirak edib.

Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən nümayəndə heyəti Sülh Memorial Muzeyi və Sülh parkı ilə tanış olub, II Dünya müharibəsi qurbanlarının xatirəsini yad edərək dərin ehtiramlarını bildiriblər.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?