26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Böyük ticarət mərkəzlərində icarəyə yer götürmüş şəxslərin vergi öhdəliyi hansılardır?

Böyük ticarət mərkəzlərində icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur.

Dövlət Vergi Xidmətindən bildirilib ki, icarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?