17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlara dair məruzələr dinlənilib

“Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda növbəti vebinar keçirilib.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Vergi Xidməti və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.

Bununla bağlı təşkil edilmiş növbəti onlayn təlimdə Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Hüsniyyə Abdullayeva "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi" mövzusunda təqdimatla çıxış edib.

İştirakçılara kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verilib.
Təlimdə, həmçinin Vergi Xidmətinin Tədris Mərkəzinin baş müəllimi Orxan Balayev “Elektron qeydiyyatın tətbiqinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması prosesindəki rolu” mövzusunda məruzəsi dinlənilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?