8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tədris Mərkəzində USAID-in nümayəndəsi ilə görüş keçirilib

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Mərkəzi Aparatın əməkdaşlarının iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) biznes mühitinin inkişafı üzrə meneceri Elsəvər Quliyevlə görüş keçirilib. Tədbirdə Agentliklə dövlət vergi orqanları arasında sahibkarlığa dəstək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək layihələrinin əhəmiyyətini vurğulayan Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, eyni zamanda, rəhbərlik etdiyi qurumun ümumi fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Elsəvər Quliyev, öz növbəsində, dövlət orqanları ilə sıx əlaqələrin qurulmasının vacibliyini, ölkədə sahibkarlığın inkişafına dəstək layihələrinin həyata keçirilməsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin, vergi orqanları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və elmi araşdırmaların aparılması istiqamətində USAID ilə Tədris Mərkəzinin əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?