10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi sahəsində daha bir elektron xidmət təkmilləşdirilib

“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi” elektron xidməti daha da təkmilləşdirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Hökumət Ödəniş Portalı (https://www.gpp.az) infrastrukturunun optimallaşdırılması nəticəsində vergi və digər büdcə daxilolmaları ilə yanaşı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə ödənişlərin də vahid xidmət vasitəsilə (Dövlət Vergi Xidməti) eyni anda elektron qaydada bir pəncərə üzərindən həyata keçirilməsi mümkündür.

Qeyd olunub ki, vergiödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi vergi inzibatçılığının əsas prioritetlərindən biridir.

Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradır.

Vergi Xidmətinin təqdim etdiyi “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu elektron xidmət vergiödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?