1 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarının apardıqları nəzarət tədbirlərinin sayı azalıb

2018-ci il ərzində vergi orqanları tərəfindən 15.612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat məbləğində maliyyə sanksiyası hesablanıb. 2017-ci ildə hesablanmış maliyyə sanksiyasının məbləği 22,7 milyon manat olmuş, 16.688 nəzarət tədbiri keçirilmişdi. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına görə, bir nəzarət tədbirinə 410 manat, malların və pul vəsaitinin uçota alınmaması hallarına görə 3.870 manat, nağdsız hesablaşmaların aparılması qaydalarına görə isə 59.000 manat maliyyə sanksiyası düşüb.

2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergi ödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Məsələn, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, 2018-ci ildə bu göstərici 9,3 dəfə azalaraq cəmi 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb.

2018-ci il ərzində keçirilən xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2017-ci ildə 90,7 faiz artaraq 604 manatdan 1.151,7 manata, 2018-ci ildə isə 130 faiz artaraq 769 manatdan 1.767 manata çatıb.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ