28 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Malların alış aktları ilə bağlı nələr dəyişdi?

Vergi orqanında uçota durmayan (VÖEN-i mövcud olmayan) fiziki şəxslərdən mallar alınan zaman elekton alış aktının tərtib edilməsi Vergi Məcəlləsinin 71-2-ci maddəsi ilə tənzimlənir.  Nazirlər Kabinetinin 20 noyabr  2024-cü il tarixli qərarı ilə alış aktlarının tərtib olunması qaydalarında dəyişiklik edilib. 

Qanunvericiliyin yeni tələblərini “vergiler.az”a iqtisadçı-ekspert Emin Səttarov şərh edir:  
 

Elektron alış aktının tətbiqi, uçotu və istifadə qaydaları Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarı ilə tənzimlənir. Həmin sənədə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən, yəni vətəndaşlardan hər hansı mal alınan zaman kağız daşıyıcıda alış aktı tərtib olunmalı, hər iki tərəf imzalamalı və malların alış tarixindən sonra 5 gün ərzində mühasibatlığa təqdim edilməklə həmin kağız daşıyıcı əsasında elektron alış aktı tərtib olunmalıdır. Əgər ödəyicinin elektron alış aktını yerində tərtibetmə imkanı varsa, kağız daşıyıcıda alış aktının tərtib edilməsinə ehtiyac qalmır. Həmin elektron alış aktı çap olunub satıcı tərəfindən imzalandığı halda, əməliyyatın aparılmasını təsdiq edən sənəd hesab olunur. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır.

Lakin araşdırmalar zamanı bir çox hallarda malı təqdim edən şəxsin təqdimetmədən xəbəri olmadığını və ya imzanın ona aid olmamasını əsas gətirirdilər. Bu cür nüansların qarşısını almaq məqsədilə Nazirlər Kabinetinin 243 nömrəli 7 iyul 2020-ci tarixli qərarına 20 noyabr 2024-cü il tarixində ayrıca dəyişiklik edilib. Dəyişikliyə əsasən, elektron alış aktının ilkin tərtibi və ya elektron alış aktının ləğvi zamanı vergi orqanında uçotla olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır. Bu cür tənzimlənmə malların həqiqətən fiziki şəxs tərəfindən təqdim olunmasını sübut edir. Eyni zamanda, gələcəkdə vergi yoxlamaları zamanı vergi orqanı ilə mübahisəli halları minimuma endirmiş olacaq.

Elektron alış aktı tərtib olunan zaman diqqət edilməli məqamlar aşağıdakılardan ibarətdir:

1. Ümumiləşdirilmiş adlardan (kənd təsərrüfat məhsulları, tikinti materialları) istifadə edilməməlidir. Bu qeydlərə yol verildiyi halda, təqdim olunmuş elektron alış aktı etibarsız hesab edilə, gəlirdən çıxılan xərc kimi nəzərə alınmaya bilər.

2. Elektron alış aktına düzəliş edilməsi və ya geri qaytarılması prosesləri ödəyici tərəfindən həyata keçirilir. Geri qaytarılma zamanı yeni seriya və nömrəsi olan elektron alış aktı tərtib edilib gücləndirilmiş elektron imza vasitəsilə təsdiq olunmalıdır. Düzəliş edilən elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

3. Elektron alış aktının ləğv edilməsi vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq gəldikdən sonra vergi ödəyicisinin gücləndirilmiş elektron imzası vasitəsilə tərtib olunmalıdır.

Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması