13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Postpandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfrans keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) iyunun 30-dan iyulun 2-dək “Postpandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək.

KOBİA-dan bildirilib ki, məqsəd müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərərçəkmiş biznes sektorlarına dəstək olmaqdır. İyunun 30-da keçiriləcək açılış tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri Zakari Qross, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri İvana Duarte, “Medef International”ın direktor müavini Geraldine Lembe, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassetti çıxış edərək , KOB-ların fəaliyyətinə dəstəklə bağlı təcrübə və proqramları barədə məlumat verəcəklər.

Açılış sessiyası üçün qeydiyyat - https://forms.gle/FTdgHwzz8f7U8F1T6

Sessiyanın işçi dili ingilis dilidir.

İyulun 1-2-də CCIAF-in üzvü olan “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC” şirkətlərinin ekspertlərinin iştirakı ilə turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaq.

Seminarlar üçün qeydiyyat - https://forms.gle/9TgEeQkJWQ7u3m9j7

Seminarların işçi dili Azərbaycan dilidir.

Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilib. Maraqlı olanlar onlayn konfransda qeydiyyatdan keçərək iştirak edə bilərlər. İştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulmaq üçün link əldə edəcək. Qeydiyyat üçün son tarix iyunun 28-dir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?