26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi monitorinqlər zamanı 3285 obyektdə sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlayıb

İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 19-da keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Sənan market”də, “Vanilla cake” mağazasında, “Aysel kafesi”ndə, Amil Səfərova məxsus “Ərzaq mağazası”nda, Yasamal rayonunda “Al Market”də, “Tava restoranı”nda, Eldəniz Səfərova məxsus “Geyim mağazası”nda, Xətai rayonunda “Avsar kafesi”ndə, Elxan Hüseynova məxsus “Ət satışı” mağazasında, Əşrəf Abışova məxsus “Çayxana”da, Səbail rayonunda Rəşad Rəhimliyə və Elvin Həmidova məxsus “Market”lərdə, Gəncə şəhərində “Merinos Xalı” mağazasında, "Ayxan" marketdə, Elvin Abbasova məxsus “Dönərxana”da, Yevlax rayonunda “Xırdavat mağazası”, “Kontakt Telekom”, “Telecom Telefon mağazası” ticarət obyektlərində, “Fujifilm Foto Studio”da, “Aptek Dokta”da, Lənkəran rayonunda Fəxrəddin Əzizova, Hafiz Məmmədova və Ramiz Xamiyevə məxsus mağazalarda, Ağdam rayonunda “Ağdam Market”də, Taliyyə Nağıyevaya məxsus “Lazer epilyasiyası” xidmət obyektində, "Zeytun" MMC-yə məxsus “Aptek"də, Qusar rayonunda “Sibirskoye zdorovye” kosmetika və parfümeriya satışı mağazasında, Tamara Dadaşbalayevaya məxsus “Kafe”də, Ağsu rayonunda “1000 Cür Xırdavat”, “Parça satışı” mağazalarında, “Seyrangah” ictimai iaşə obyektində, “Aptek Zeytun 5”də, ümumilikdə monitorinq keçirilmiş 372 obyektdən 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 20-dək monitorinq aparılmış 7546 sahibkarlıq subyektindən 3285-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?