8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstixana təsərrüfatlarının sahibləri ilə onlayn görüş keçirilib

İyunun 17-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən istixana təsərrüfatlarının sahibkarı ilə növbəti onlayn görüş təşkil olunub.

Dövlət-sahibkar dialoqu platforması çərçivəsində keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Azərişıq” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin, “SOCAR petroleum” QSC-nin nümayəndələri, eləcə də 50-yə yaxın istixana təsərrüfatının sahibləri iştirak ediblər.

Görüşdə sahibkarların koronavirus (COVID-19) pandemiyası ilə bağlı məhsul satışı və ixracı ilə bağlı yaranmış çətinlikləri, istixana təsərrüfatlarının təbii qazla və mazutla təminatı, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin verilməsi, tərəvəz emalı müəssisəsinin yaradılması, elektrik şəbəkəsinə qoşulma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Onlayn görüş çərçivəsində sahibkarlar tərəfindən qaldırılan bir sıra məsələlərə müvafiq qurumların nümayəndələri tərəfindən yerindəcə operativ reaksiya verilib, araşdırma tələb edən məsələlərin isə araşdırılaraq KOBİA-nın KOB dostları vasitəsilə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşdə sahibkarlar tərəfindən qaldırılan məsələlər KOBİA tərəfindən diqqətdə saxlanılacaq və qanunvericilik çərçivəsində həllinə dəstək göstərilməsi üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcəkdir.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?