2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft sektoru üzrə ixracın həcmi məlum oldu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayını təqdim edib. Məlum olub ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.
Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.
2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor birinci olub. İlk 4 ayda 73,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Siyahıda ikinci olan pambıq mahlıcının həcmi 44,3 milyon ABŞ dolları, qızılın (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda ) həcmi isə 43,7 milyon ABŞ dolları təşkil edib.

Ümumiyyətlə, 2020-ci ilin ilk 4 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 153,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 60,5 milyon, pambıq lifi ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 milyon, kimya sənayesi məhsullarının ixracı 26,5 milyon, elektrik enerjisinin ixracı 34,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 milyon, pambıq ipliyi ixracı 8,7 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon ABŞ dolları, şəkər ixracı 4,5 milyon təşkil edib.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ