24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib. Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.

Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa mənfi təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarların diqqətinə çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlılığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.

Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?