18 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İtaliya şirkəti enerji sektoruna sərmayələrin cəlb olunmasında Azərbaycana yardım göstərəcək

İtaliyanın enerji turbinləri istehsal edən "Ansaldo Energia" şirkəti Azərbaycanda elektrik enerjisi istehsalının müxtəlif layihələrini öyrənmək üzrə iki müqavilə imzalayıb. Hər iki Anlaşma Memorandumu Azərbaycanın enerji sisteminin inkişafı və keçid dövrü proqramlarının həyata keçirilməsində ölkəyə potensial yardıma istiqamətlənib. Layihələr həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrini əhatə edə bilər.

"Azərenerji" ASC ilə imzalanan ilk memorandum çərçivəsində "Ansaldo Energia" ölkədə mövcud olan iki buxar-qaz elektrik stansiyasına xidmət üçün 10 illik müqavilə üzrə iqtisadi təklif təqdim edəcək. Bu həm də yeni "Yaşma" zavodunun, 1000 MVt gücündə buxar-qaz elektrik stansiyasının inşası barədə saziş üzərində sıx əməkdaşlıq üçün zəmin yaradır. "Ansaldo Energia" müqavilənin bu son hissəsinə uyğun olaraq, mühəndislik, satınalma və tikinti xidmətləri təqdim edəcək.

"Enerji keçidi Azərbaycan üçün strateji hədəfdir. Bu, bərpa olunan enerji sektoruna sərmayəni stimullaşdırır. İmzalanan müqavilələrə əsasən, "Ansaldo Energia" ölkənin enerji sistemində bərpaolunan enerji mənbələrinin (BOEM) düzgün idarə edilməsini təmin etmək üçün özünü sistem inteqratoru kimi təqdim edir", - "Ansaldo Energia" şirkətinin baş direktoru Cüzeppe Marino deyib.

Azərbaycan Energetika Nazirliyi ilə imzalanan ikinci memorandum isə enerji potensialının təhlilini və Azərbaycanda davamlı və bərpa olunan enerji layihələrinə investisiya qoymaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?