11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka və Kredit Zəmanət Fondu aktivlərini artırıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18,641 milyon manat mənfəətlə başa vurub. Qurumun hazırladığı hesabata görə, bu, 2018-ci ilə nisbətən 3,5 faiz azdır. Ötən il İKZF-nin faiz gəlirləri 44,963 milyon manat (əvvəlki ilə nisbətən 6,3% az), faiz xərcləri 18,827 milyon manat (8,1% çox), dəyərsizləşmə üzrə zərəri 455 min manat (56,2% az), haqq və komissiya xərcləri 1,137 milyon manat (əvvəlki il gəlir olub), digər gəlirləri 1,293 milyon manat (11,3% az), insan resursları üzrə xərcləri 4,344 milyon manat (21,8% çox), inzibati və digər xərcləri isə 2,852 milyon manat (61%% çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1.406,159 milyon manat olub ki, bu da illik müqayisədə 10,15 faiz çoxdur. Bunun 998,079 milyon manatı ipoteka kreditləridir. 2019-cu ildə Fondun kredit portfeli 11,5 faiz böyüyüb.

Hesabat dövründə İKZF-in öhdəlikləri 1,4 faiz artaraq 754,278 milyon manata, o cümlədən borc öhdəlikləri 5,4 faiz artaraq 728,92 milyon manata, balans kapitalı isə 22,4 faiz artaraq 651,781 milyon manata, o cümlədən nizamnamə kapitalı 21,5 faiz artaraq 566 milyon manata çatıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?