16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvarda 4,2 milyard manatlıq və ya keçən ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artıb. Sənaye məhsulunun 26,4 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8 faiz, geyim istehsalı 70,1 faiz, hazır metal məmulatlarının istehsalı 63,9 faiz, əczaçılıq məhsullarının istehsalı 60 faiz, mebel istehsalı 53,3 faiz, içkilərin istehsalı 40,8 faiz, tikinti materiallarının istehsalı 35,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 1,6 faiz, qida məhsullarının istehsalı 1,1 faiz artıb.

Toxuculuq sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 9,1 faiz, poliqrafiya məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 33,3 faiz, maşın və avadanlıqların istehsalı 44 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,7 faiz azalıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?