9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA ilə Almaniyanın BVMW assosiasiyası arasında birgə fəaliyyətə dair sənəd imzalanacaq

Yaxın müddətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyası (BVMW) arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənəd imzalanacaq.

KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov Almaniyada BVMW-in Bavariya üzrə nümayəndəsi Akim Mişel ilə görüşüb. Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək barədə məlumat verilib, assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Qeyd olunub ki, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında Azərbaycanın mövqeyinin yüksəlməsi alman şirkətlərini ölkəmizə investisiya qoyuluşu və birgə layihələrin reallaşdırılması üçün daha da təşviq edir.

Görüşdə KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin təşkilinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, yaxın müddətdə KOBİA və BVMW arasında birgə fəaliyyət istiqamətlərinin əks olunacağı sənədin imzalanmasına, Almaniyanın KOB-ların maliyyələşdirilməsi sahəsində uğurlu təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Almaniyanın "BioM Biotech" Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə ilə bağlı müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur və KOBİA bu sahədə təsdiqedici sənədi verən səlahiyyətli qurumdur. Almaniya tərəfi isə Bavariyada əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyini diqqətə çatdırıb.

Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?