8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə sərnişin daşımalarının gecikməsi Gürcüstan tərəfindəki texniki problemlərlə əlaqədardır. Bu sözləri AZƏRTAC-a müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Azərbaycan tərəfi BTQ dəmir yolu xətti ilə sərnişin daşımalara başlamaq üçün tam hazırdır. Lakin Gürcüstan tərəfində mövcud olan bəzi texniki problemlər bu daşımalara başlamağa imkan vermir: "Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlər yoxdur. Bu da sərnişin daşımaları üçün problem yaradır".

QSC sədri deyib: "Bizim qatarlarımız və vaqonlarımız hazırdır və biz sərnişin daşımalarına başlaya bilərik. Lakin bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları yoxdur. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur".

C.Qurbanov əlavə edib ki, əgər məsələ yaxın vaxtlarda həllini tapmasa "Azərbaycan Dəmir Yolları" QSC Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: "Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Əgər bir-iki aya vəziyyət düzəlməsə və məsələ həll olunmasa Azərbaycan öz elektrovozlarını və ya dizel lokomotivlərini təklif edəcək".

O, həmçinin qeyd edib ki, BTQ-yə əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?