26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan avtomobil istehsalını 6,5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Dövr ərzində 886 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 26,2 faiz azdır. Nəticədə, bu ilin oktyabrın 1-nə 358 ədəd məhsul ehtiyatı yaranıb. Həmçinin, bu ilin 9 ayında ölkədə 1.688 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 6,5 dəfə çoxdur. Nəticədə, bu ilin oktyabrın 1-nə 325 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə ştanqlı quyu nasoslarının istehsalı 59,5 faiz, fəvvarə armaturunun istehsalı 21,9 faiz, mancanaq dəzgahlarının istehsalı 21,6 faiz artıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?