19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 25,2 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99 faiz, tütün məmulatlarının istehsalı 78,5 faiz, hazır metal məmulatlarının istehsalı 78,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz, içkilərin istehsalı 40,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1 faiz, kağız və karton istehsalı 25 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 15,1 faiz, əczaçılıq məhsullarının istehsalı 12,6 faiz, poliqrafiya məhsullarının istehsalı 11,8 faiz, geyim istehsalı 10,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb.

Neft məhsullarının istehsalı 1 faiz, elektrik avadanlıqlarının istehsalı 8,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?