25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.

Belə ki, dövr ərzində ölkədə 863 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 11,7 faiz azdır. Nəticədə, bu ilin sentyabrın 1-nə 364 ədəd məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1.496 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə, bu ilin sentyabrın 1-nə 227 ədəd məhsul ehtiyatı yaranıb. Bu il fəvvarə armaturunun istehsalı 29,9 faiz, ştanqlı quyu nasoslarının istehsalı 54,5 faiz, mancanaq dəzgahlarının istehsalı 20,1 faiz artıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?