25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat rəhbərlərinin görüşü keçirilib. Görüş zamanı çıxış edən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Komissiya çərçivəsində dövlət-özəl dialoqu həyata keçirilir: “Komissiyanın üzvləri, katibliyi və işçi qrupları bir tərəfdən dövlət qurumlarının nümayəndələri, digər tərəfdən isə özəl sektorun təmsilçilərindən ibarət olmaqla, həm də beynəlxalq təşkilatların aparıcı konsaltinq şirkətləri və beyin mərkəzilərini, qeyri-hökumət təşkilatlarını əhatə edir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu uzun müddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, mobil idarəetmə strukturuna malikdir. Azranking.az portalı dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticəəsaslı fəaliyyəti təmin edir”.
V.Qasımlı həmçinin ictimai təşkilatları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işində daha yaxından iştirak etməyə, ayrı- ayrı işçi qruplarda təmsil olunmağa dəvət etdi.
Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev portalın funksionallığı, “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinin rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.
Tədbirdə ictimai təşkilatların rəhbərləri də çıxışlar edib. Onlar Komissiyanın fəaliyyətində yaxından iştirak etməkdə maraqlı olduqlarını, bundan sonrakı prosesə daha geniş tərkibdə qoşulacaqlarını bildiriblər. İctimai fəallar həmçinin iqtisadi islahatların aparılması sahəsində müxtəlif təkliflər səsləndiriblər.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?