19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda uğurlu sənayeləşmə siyasəti nəticəsində yeni iş yerləri açılır

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, müasir sənaye müəssisələri açılır, yeni sənaye sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, qeyri-neft ixracının həcmi yüksəlir. Sentyabrın 4-də belə müəssisələrdən biri - Xırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumat görə, açılış mərasimində nazirliyin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni mebel istehsalı müəssisəsinin istifadəyə verilməsinin Abşeron rayonunun inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacağını qeyd edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi dəstək tədbirlərindən danışıb, bölgələrdə, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən sahibkarlar əlverişli biznes və investisiya mühitini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, 3 milyon manata yaxın investisiya qoyulan müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcəkdir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?